"Bayern Münhen"in müdafiəçisi Benjamin Pavar Almaniyanın digər nəhəng klubu - Dortmund "Borussiya"sına keçməyə yaxındır.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda icarə əsasında "Marsel"də çıxış edən 30 yaşlı futbolçu mövsümün sonunda Münhen klubuna qayıtmayacaq.
Pavarın transferində maraqlı olan Dortmund təmsilçisi artıq rəsmi təklifini ünvanlayıb. "Bayern Münhen" rəhbərliyinin də təcrübəli müdafiəçinin gedişinə mane olmayacağı və bu transferə yaşıl işıq yandırdığı bildirilir.
Qeyd edək ki, 2019-cu ildən bəri Münhen təmsilçisinə məxsus olan fransalı oyunçu, bu müddət ərzində "İnter" və "Marsel" kimi klublarda icarə əsasında top qovub.


