"Baku Open" Beynəlxalq Şahmat Festivalında bu gün həlledici gündür.

Offsideplus.az verir ki, turnirin sonuncu - 9-cu turuna start verilib.

Həlledici turun rəmzi ilk gedişlərini mötəbər qonaqlar – Avropa Şahmat Birliyinin prezidenti Zurab Azmayparaşvili, FIDE-nin baş katibi Lukas Turlej, Türkiyə və Gürcüstan şahmat federasiyalarının prezidentləri Fethi Apaydın və Akaki İaşvili ediblər.

Qeyd edək ki, 10 ölkədən 900-dən çox zəka sahibinin qatıldığı festivalın ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir.