Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-nın təşkil etdiyi tədbirdə iştirak edəcək.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyanın paytaxtı Berlində keçiriləcək hakim-inspektorlar üçün seminara dəvət alıb.

Mayın 11-dən 13-dək davam edəcək seminarda Avropanın müxtəlif ölkələrindən 70 hakim-inspektorun iştirakı planlaşdırılır.

Tədbir çərçivəsində müasir hakimlik standartları və beynəlxalq oyunların idarəçiliyi ilə bağlı müzakirələr aparılacaq.