Basketbol üzrə kişilərdən ibarət milli komandamız bu gün Belarusla yoldaşlıq oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, matç Bakı İdman Sarayında keçirilib. Görüş rəqibin 74:50 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz Avropa çempionatı 2029-un ilkin seçmə mərhələsinin son oyunları öncəsi 22 iyunda da Belarusla hazırlıq matçı keçirəcək.
Tahir Baxşıyevin baş məşqçilik etdiyi yığmamız iyulun 2-də səfərdə Lüksemburq, 5-də İrlandiya ilə ev matçına çıxacaq.


