"Neftçi" klubu yeni müqavilə açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, Elvin Camalov karyerasını növbəti mövsüm də Bakı klubunda davam etdirəcək. Yarımmüdafiəçi və "ağ-qaralar" arasında yeni 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında transfer olunmuş Camalov bu müddətdə 28 rəsmi oyun keçirib, 1 qol vurub.