3x3 basketbol üzrə Qadınlar Seriyasının Sumqayıt mərhələsində sabah 1/4 final mərhələsinin oyunları keçiriləcək.
Offsideplus.az xəbər verir ki, 2 qələbə ilə A qrupunu lider kimi tamamlayan "Neftçi SOCAR" növbəti raundda Yaponiyaya rəqib olub. Görüş 21 iyun saat 16:00-da start götürəcək. Oyunlar Sumqayıt Bulvarında keçirilir və giriş pulsuzdur.
Yarımfinal oyunları saat 18:10 və 18:40-da, həlledici final matçı isə saat 19:40-da oynanılacaq.


