Basketbol üzrə yığma komandamız bu gün yoxlama oyununa çıxıb.
Milli komanda Belarus seçməsi ilə gücünü sınayıb və 50:74 hesabı ilə məğlub olub.
Oyundan sonra yığmamızın baş məşqçisi Tahir Baxşıyev Offsideplus.az-a müsahibə verib:
- Oyun haqda fikirləriniz necədir?
- Çətin olacağını bilirdik. Əsas işimiz müdafiədə idi. Hücumda uğurlu alınmadı. Orxan Hacıyev, Vesli Van Bek oynamadı. Hamının oynamağına şərait yaratdıq. Mənfi və müsbət cəhətləri gördük. Bunun üzərində işləyəcəyik. İki gün sonra yenidən Belarusa qarşı oynayacağıq. Belə oyunlar bizə kömək edəcək.
- Əsas oyunçular - Orxanla, Van Bek niyə oynamırdı?
- Van Bek Amerikadadır. Onların çempionatı gec başa çatdı. İstirahət vermişdik. Orxan növbəti oyunda komandada olacaq.
- İki gün sonra yenidən Belarusa qarşı oyun olacaq. O görüşdə fərqli nələrinsə şahidi ola bilərik?
- Əlbəttə. Oyunun videotəkarına baxacağıq. Səhvlərimiz üzərində işləyəcəyik.
- Lüksemburq və İrlandiyaya qarşı seçmə mərhələ oyunları da olacaq…
- Birinci oyunda Lüksemburqa 5 xalla uduzduq. Hər iki oyunda qalib gəlmək istəyirik.


