30 may tarixində Budapeştdə keçiriləcək UEFA Çempionlar Liqasının finalı öncəsi analiz mərkəzləri öz təxminlərini açıqlayıblar.

Offsideplus.az xəbər verir ki, hesablamalara görə, Fransa təmsilçisi PSJ final matçının aşkar favoriti hesab olunur.


Analitiklərin proqnozlarına əsasən:

  • PSJ-nin qələbə şansı: 57%

  • "Arsenal"ın qələbə şansı: 43%

Mütəxəssislər Paris klubunun ötən mövsümdəki çempionluq təcrübəsini və heyətindəki ulduz futbolçuların formadakı olmasını bu üstünlüyün əsas səbəbi kimi göstərirlər.

"Arsenal" isə 43%-lik şansla Budapeştdə sürpriz etməyə və tarixində ilk dəfə bu zirvəni fəth etməyə çalışacaq.