AFFA İntizam Komitəsinin qərarı "Kəpəz" - "Sumqayıt" oyunu ilə bağlı qərarlarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, oyun başa çatdıqdan sonra hakimlər otağına daxil olan klub prezidenti Riad Rəfiyev ikisi şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klub isə bu davranışa görə 5 min manat cərimə olunub.

Eyni zamanda, matç zamanı birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan baş məşqçi Saşa İliç də cəzasız qalmayıb.

Serbiyalı mütəxəssis növbəti 2 qarşılaşmanı texniki zonadan izləyə bilməyəcək.

Buna görə, klub daha 5 min manat cərimələnib.