Klub futbolu dünyasının ən böyük kuboku uğrunda mübarizə aparacaq tərəflər bəlli oldu.

Offsideplus.az xəbər verir ki, Budapeştdə keçiriləcək möhtəşəm finalda Fransa nəhəngi PSJ və İngiltərə təmsilçisi "Arsenal" qarşı-qarşıya gələcək.

PSJ ardıcıl ikinci dəfə bu turnirin qalibi olmaq üçün meydana çıxacaqsa, "Arsenal" illərdir həsrətində olduğu ilk Çempionlar Liqası kubokunu Londona aparmağa çalışacaq. 


Həlledici qarşılaşmanın detalları:

  • Tarix: 30 may 2026-cı il

  • Məkan: "Puşkaş Arena", Budapeşt (Macarıstan)

  • Başlama saatı: Bakı vaxtı ilə 20:00