Avropa Liqasında bütün 1/4 finalçılar məlum olub.

Offsideplus.az xəbər verir ki, ən maraqlı qarşılaşma Romada baş tutub.

"Roma" "Bolonya"nı qəbul edib. Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. İlk oyunda da heç-heçə qeydə alındığı üçün matçda əlavə 30 dəqiqə oynanılıb. 

Matçda həlledici qolu 111-ci dəqiqədə "Bolonya"nın futbolçusu Nikolo Kambyaqi vurub.

Beləliklə, Vinçentso İtalyanonun komandası növbəti mərhələyə yüksəlib.

"Portu" "Ştutqart"ı, "Aston Villa" isə "Lill"i mübarizədən kənarlaşdırıb.

1/4 finalda bu komandalar üz-üzə gələcək:

"Braqa" - "Betis"

"Bolonya" - "Aston Villa"

"Portu" - "Nottingem Forest"

"Frayburq" - "Selta"