Konfrans Liqasında 1/8 final mərhələsi yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, ilk oyununda "Lex"i səfərdə 3:1 hesabı ilə məğlub edən Donetsk "Şaxtyor"u cavab qarşılaşmasında minimal hesabla məğlub olmağına baxmayaraq növbəti mərhələyə adlayıb.

İngiltərə təmsilçisi "Kristal Palas" da çətinliklə də olsa, tur adlamağı bacarıb. Onların 1/4 finaldakı rəqibi "Fiorentina" olacaq.

Florensiya təmsilçisi Polşa klubu "Rakuv"u mübarizədən kənarlaşdırıb.

1/4 finalda bu komandalar üz-üzə gələcək:

"Kristal Palas" - "Fiorentina" 

"Maynts" - "Strasburq"

"Rayo Valyekano" - AEK (Yunanıstan)

"Şaxtyor" (Donetsk) - "Alkmaar"