2026/2027 mövsümündə Peşəkar Futbol Liqasının (PFL) bayrağı altında keçiriləcək turnirlərdə istifadə olunacaq rəsmi toplar məlum olub.

Offsideplus.az xəbərr verir ki, yeni mövsümdə Misli Premyer Liqası və Əvəzedicilər Liqasının iştirakçıları Adidas şirkətinin ən son texnologiyası olan "Trionda" topları ilə mübarizə aparacaqlar. Qeyd edək ki, "Trionda" 2026-cı il dünya çempionatı üçün xüsusi olaraq hazırlanıb. 

PFL və "Adidas" arasındakı mövcud müqavilə sayəsində yüksək keyfiyyətli məhsullar klublarımız üçün güzəştli şərtlərlə təmin ediləcək.

Digər liqalarda isə vəziyyət belədir:

I Liqa: Ötən mövsümdə olduğu kimi, oyunlar "Fussballiebe" topları ilə keçiriləcək.

II Liqa: Komandalar ənənəvi "Adidas Tiro Pro" toplarından istifadə etməyə davam edəcəklər.