Qvineya Futbol Federasiyası maraqlı bir addım ataraq Afrika Futbol Konfederasiyasına (CAF) rəsmi müraciət ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, qvineyalılar 1976-cı ildə keçirilən Afrika Millətlər Kubokunun qalibi adının onlara verilməsini tələb edirlər.
Həmin il keçirilən həlledici Qvineya – Mərakeş matçında nələr baş vermişdi:
33-cü dəqiqədə Qvineya hesabı açaraq önə keçib. Mərakeş futbolçuları hakim qərarlarına etiraz edərək meydanı tərk ediblər.
Qısa müddət sonra matça qayıdan Mərakeş seçməsi, 86-cı dəqiqədə bərabərlik qolunu vurmağı bacarıb.
Görüş 1:1 hesabı ilə yekunlaşdığı üçün Mərakeş qrupu lider bitirdiyi üçün kubokun sahibi olub.
İndi isə Qvineya tərəfi rəqibin vaxtilə meydanı tərk etməsini əsas gətirərək nəticənin ləğvini və çempionluğun onlara qaytarılmasını tələb edir.
Qeyd edək ki, ötən günlərdə eyni səbəbdən bu il keçirilən Afrika Kubokunun qalibi adı Seneqaldan alınaraq Mərakeşə verilib.


