Con Cones UFC-dən ayrılmaq istəyir.
Offsideplus.az xəbər verir ki, o, qurumun prezidenti Dana Uaytın son açıqlamalarından sonra bu qərara gəlib.
Cones bu barədə uzun açıqlama yayıb.
Onun bəyanatını sizə təqdim edirik:
"Salam hər kəsə. Dana White'ın ötən həftə sonu verdiyi şərhlərə toxunmaq istəyirəm; çünki həm mənim, həm də azarkeşlərim üçün həqiqətlər önəmlidir.
Dana, "Ağ Ev" kartında niyə yer almadığımla bağlı əsəbi idin, gəl bu məsələni aydınlaşdıraq. Komandam və mən, əslində, o döyüş üçün UFC ilə danışıqlar aparırdıq. Real danışıqlardan söhbət gedir. Hətta istədiyim rəqəmdən aşağı düşməyə belə razı oldum. Bəs qarşılığında nə təklif edildi? Mənə çox aşağı bir rəqəm təklif olundu.
Bəli, ombamda artrit var və bu, ağrı verir, lakin bu o demək deyil ki, mən döyüşə bilmərəm. Gəlin, bunu düzgün başa düşək: əgər mən o aşağı təklifi qəbul etsəydim, birdən-birə ombam sağalacaq və "Ağ Ev" kartında olacaqdım? Bu, heç məntiqli deyil.
Hətta keçən həftə "Ağ Ev" kartına hazır olmaq üçün kök hüceyrə müalicəsi belə aldım və hazırlıq düşərgəsinin bu gün başlaması planlaşdırılmışdı. Hazır olmaq üçün əlimdən gələni edirdim. Anlayıram ki, iş sövdələşmələri bəzən baş tutmaya bilər, lakin ictimaiyyət qarşısına çıxıb yalan məlumatlar vermək doğru deyil.
UFC-yə verdiyim illərdən, kəmər qoruma döyüşlərindən sonra artıq "vaxtımın bitdiyini" eşitmək məni məyus edir. Xüsusilə də, hələ Cuma günü UFC məni zəng edib daha aşağı bir rəqəmlə həmin "Ağ Ev" kartına daxil etməyə çalışırdı.
Əgər UFC doğrudan da vaxtımın bitdiyini düşünürsə, o zaman bu gün hörmətlə müqaviləmə xitam verilməsini tələb edirəm. Daha çox təhrifə, daha çox oyuna ehtiyac yoxdur. Həqiqətin nə olduğunu bilən əsl azarkeşlərə təşəkkürlər".


