Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Bundesliqa 2-də növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə "Nürnberq"lə qarşılaşıb.

Görüşdə Mahirin sabiq komandası "Nürnberq" qələbə qazanıb - 3:0.

Azərbaycan yığmasının hücumçusu 56-cı dəqiqədə meydana daxil olub və sona qədər oyunda qalıb.

"Kayzerslautern" 40 xalla 7-ci yerdədir. "Nürnberq" isə 36 xalla 9-cu yerin sahibidir.