“Real Madrid” yay transfer pəncərəsi üçün Maykl Olise transferini nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, klub prezidenti Florentino Peresin bu keçidə şəxsən nəzarət etdiyi bildirilir.

Madrid təmsilçisi Rodriqo üçün mümkün əvəzləyici kimi Oliseni əsas namizədlərdən biri hesab edir.

“Real Madrid” bu transferi yay planlarının vacib hissəsi kimi görür və futbolçunu “Santyaqo Bernabeu”ya gətirmək variantını ciddi şəkildə dəyərləndirir.