"Turan Tovuz" Misli Premyer Liqasının XXV turunda "Qəbələ"ni 3:2 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyunla bağlı fikirlərini bildirib:
"Ümumilikdə çətin oyun alındı. Yaxşı başlamışdıq oyuna. İlk hissənin ikinci periyodundan etibarən üstünlüyü rəqibə verdik. Fasilədən sonra tamamilə üstün oynadıq. Fərqi daha da artıra bilərdik".
Təcrübəli mütəxəsis son olaraq hələ də üçüncülüyü təmin etmədiklərini bildirib.


