Braziliya millisinin futbolçusu Vinisius Junior komandasının Dünya Kubokunu qazanmaq şansları barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o bildirib ki, son nəticələrə əsasən Braziliya favorit hesab olunmur:
“Əldə etdiyimiz nəticələrə baxsaq, favorit deyilik. Amma formanın ağırlığı, burada olan futbolçuların səviyyəsi var. Sadəcə bir-birimizə uyğunlaşmalı idik. Braziliyanı yenidən zirvəyə qaytarmaq üçün əlimizdən gələni edəcəyik.”


