“Real Madrid” klubu “Yuventus”un müdafiəçisi Andrea Kambiasonu yaxından izləyir.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi futbolçu üçün 50 milyon avro məbləğində qiymət müəyyənləşdirib.

Madrid klubu isə oyunçunun vəziyyətini nəzarətdə saxlayır və mümkün transfer variantlarını dəyərləndirir.