“Real Madrid”in futbolçusu Arda Gülər La Liqa 2025/26 mövsümünün mart ayı üzrə ən yaxşı qolunun müəllifi seçilib.

Offsideplus.az xəbər verir ki, gənc yarımmüdafiəçi bu ada “Elçe”yə qarşı keçirilən oyunda vurduğu möhtəşəm qolla layiq görülüb. Martın 14-də, 28-ci turun “Santiaqo Bernabeu” stadionunda baş tutan qarşılaşmasında Arda Gülər topu öz meydan yarısında qazanaraq rəqib qapıçının irəlidə olduğunu görüb və 68 metrdən dəqiq zərbə ilə fərqlənib. Bu qol komandasının 4:1 hesablı qələbəsini rəsmiləşdirib.

Dəqiqliyi və cəsarəti ilə seçilən bu epizod mövsümün ən baxımlı qollarından biri kimi qiymətləndirilir və azarkeşlər tərəfindən ayaqüstə alqışlanıb.

Beləliklə, Arda Gülər bu mükafatda Largi Ramazanini üstələyərək La Liqada artan təsirini bir daha nümayiş etdirib.