"Liverpool"da mövsüm sonunda böyük dəyişiklik gözlənilir. 

Offsideplus.az xəbər verir ki, baş məşqçi Arne Slotun qovulması qaçılmaz görünür. Xabi Alonso mövsüm sonunda komandaya gələcək. 

Klub rəhbərliyi uzun müddətdir Xabi Alonso ilə əlaqəni saxlayır. Hətta Arne Slotun 2024/25 mövsümündə uğurlu çıxışına baxmayaraq, bu əlaqə davam edib.

Alman jurnalist Axel Hesse (BILD) xəbər verir ki, Xabi Alonsonun agenti Iñaki Ibáñez konkret sorğuları təsdiqləyib. Alonso yayda kluba gəlməyə hazırdır və klubdan rəsmi təklif gözləyir.

Hazırda Arne Slotun vəziyyəti çox kritikdir. Bir çox mənbəyə görə, niderlandlı mütəxəssis mövsümün sonunda işdən çıxarıla bilər və Xabi Alonso onun yerinə əsas namizəddir. Alonso artıq idarəçiliyə qayıtmağa razıdır, lakin yalnız yayda.

Xabi Alonso "Liverpool"da oyunçu kimi böyük uğurlar qazanıb və azarkeşlər arasında çox sevilir.