"Bayern Münhen" rəhbərliyi Michael Oliseni buraxmayacaq. 

Offsideplus.az xəbər verir ki, klubun idman direktoru Maks Eberl futbolçu Olise ilə bağlı mövqeyini çox açıq şəkildə bəyan edib.

Max Eberl deyib:

“İstənilən klub nə qədər cəhd etsə də, "Bayern Münhen"də oynayan oyunçu burada nəyə malik olduğunu çox yaxşı bilir.”

O əlavə edib:

“Biz bu mövzuda narahat deyilik. Olise "Bayern Münhen" oyunçusudur və böyük klubda olan bütün imkanlardan faydalanır. Onun bizimlə müqaviləsi 2029-cu ilin yayına qədərdir və sərbəstqalma maddəsi yoxdur. Biz əminik.”