Sensasional iddia: "Real Madrid"in keçmiş qidalanma mütəxəssisi klub haqqında açıqlama verdi.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in keçmiş qidalanma mütəxəssisi Itziar Gonzalez şok açıqlama verib:
“Real Madrid" oyunçularına əlavə qida maddələri verərkən tibbi heyət "ChatGPT"nin pulsuz versiyasını istifadə edirdi. Onlar "ChatGPT"dən hansı əlavələri vermək lazım olduğunu soruşur və məhz o cavablara əsasən oyunçulara verirdilər.”
Itziar Gonzalez bu iddianı "Instagram"da səsləndirib. O, həmçinin, klubun tibbi heyətinin özünü sabotaj etdiyini, Florentino Peresi manipulyasiya etdiyini və onun tövsiyələrinə əməl olunmadığını da iddia edir.
Qeyd edək ki, Itziar Gonzalez hazırda klubun tibbi xidmətlərinə qarşı iş yeri təzyiqi ilə bağlı məhkəmə prosesi aparır.


