2026/2027 mövsümü üçün UEFA turnirlərinə qatılma qaydaları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, yeni qərarlara əsasən, Türkiyə Super Liqasını çempion kimi başa vuran komanda UEFA Çempionlar Liqasının liqa mərhələsində birbaşa iştirak hüququ qazanacaq. İkinci yeri tutan kollektiv isə turnirə 2-ci təsnifat mərhələsindən qoşulacaq.

Eyni zamanda, Türkiyə Kubokunun qalibi UEFA Avropa Liqasının pley-off mərhələsindən mübarizəyə başlayacaq. Super Liqanı üçüncü pillədə başa vuran komanda da bu turnirə 2-ci təsnifat mərhələsindən qatılacaq.

Çempionatı dördüncü sırada bitirən klub isə UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsindən çıxış edəcək.

Beləliklə, Türkiyə klublarının Avropa səhnəsində mübarizəyə başlayacağı mərhələlər dəqiqləşib.