"Barselona" bu yay transfer pəncərəsində dünya ulduzunu transfer edə bilər.
Offsideplus.az xəbər verir ki, katalonlar Məhəmməd Salahı azad agent kimi heyətinə qatmaq şansı əldə edib.
Misirli ulduz futbolçu daha əvvəl də bir neçə dəfə Kataloniya təmsilçisi ilə əlaqələndirilib. Son belə iddialar ötən il də gündəmə gəlmişdi.
Qeyd edək ki, Salah mövsüm sonunda "Liverpul"dan ayrılacağını açıqlayıb.


