17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün bolqarıstanlı həmyaşıdları ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, matç Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilib.
B liqasının 2-ci qrupunda yer alan millimiz ilk oyunda Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılıb.
“Xristo Botev” stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Yeganə qolumuza Əli Bəşirov imza atıb.
Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.


