Viktor Osimhen Türkiyədə klub almaq istəməsi barədə xəbər vermişdik.

Offsideplus.az xəbər verir ki nigeriyalı ulduz "İstanbulspor" klubuna sahib olmağa çox yaxındır.

Hücumçunun arzusu yalnız klub sahibi olmaq deyil. Osimhen Nigeriya və Türkiyə arasında futbol mirası yaratmaq istəyir. 

Nigeriyada futbol akademiyası açaraq, gənc talantları kəşf edib inkişaf etdirmək; daha sonra isə gələcək vəd edən həmin futbolçuları İstanbulspor vasitəsilə Avropanın nəhəng klublarına göndərmək Osimhenin arzusudur.