Türkiyə Super Liqasında XXIV tur çərçivəsində "Qalatasaray" "Başakşehir"i qəbul edib. 

Offsideplus.az xəbər verir ki, matçın ilk hissəsində hesab açılmayıb. İkinci yarıda Vilfred Sinqo adını tabloya yazdırıb. Bir qədər sonra Viktor Osimhen adını fərqlənib. Oyunda yekun hesabı isə Renato Nhaqa müəyyənləşdirib - 3:0.

Qeyd edək ki, hazırda 64 xalı olan "Qalatasaray" turnir cədvəlinə liderlik edir.