Antuan Qrizmann "Atletiko"nu tərk edir.
Offsideplus.az xəbər verir ki, fransız ulduz karyerasını MLS-də davam etdirəcək. "Atletiko" və "Orlando Siti" arasında razılıq əldə olunub. Qrizmann bu həftə ABŞ-yə yollanacaq. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Müqavilə 2026-cı ilin yayında imzalanacaq və futbolçu azad agent olaraq ABŞ klubuna yollanacaq.


