Nəriman Axundzadəni debüt etdiyi "Toronto" - "Kolambus Kryu" oyununda (2:1) azərbaycanlılar tək qoymayıb.
Həmyerlilərimiz 21 yaşlı futbolçuya dəstək olmaq üçün sözügedən matçda iştirak ediblər. Kanadada yaşayan azərbaycanlılardan biri Amin Cəfərov təəssüratlarını Offsideplus.az saytına bölüşüb:
"Oyun yaxşı oldu. Hər iki komanda qalib gələ bilərdi. Nəriman az qalsın qol vurmuşdu, amma topun sürəti çox idi və qapıçı tuta bildi. Burda atam və anam var. Başqa azərbaycanlılar ilə çoxlu görüşə gedirik. Elə Nərimanı görməyə gəlmişdim, çünki "Qarabağ" fanatıyam. Deyəsən az adam onu tanıyır, amma hamıya Nəriman barədə məlumat verirəm".
Qeyd edək ki, Nəriman görüşün 88-ci dəqiqəsində meydana daxil olub.


