Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimi və formatında məcburi dəyişiklik edilib.
Offsideplus.az xəbər verir ki, buna səbəb Oman milli komandasının Yaxın Şərqdəki hərbi gərginlik fonunda ölkəmizə səfər edə bilməməsidir.
FIFA ilə razılaşdırılmış yeni formata əsasən, turnir cəmi 2 oyundan ibarət olacaq. Azərbaycan millisi hər iki qarşılaşmanı Sumqayıtda keçirəcək:
27 mart, 19:00: Azərbaycan – Sent Lusiya
30 mart, 19:00: Azərbaycan – Syerra Leone


