Mövsümün sonunda "Liverpul"da böyük dəyişiklik gözlənilir.

Offsideplus.az xəbər verir ki, Arne Slot artıq cari mövsümün yekununda klubdan ayrılmasının istənəcəyindən xəbərdardır.

Bu barədə xarici KİV məlumat yayıb.

Artan təzyiqlərə baxmayaraq, klub rəhbərliyi mövsümün ortasında dəyişiklik etməmək qərarına gəlib. Rəhbərlik məşqçinin nüfuzuna və klubdakı xidmətlərinə hörmət əlaməti olaraq, ona mövsümü Premyer Liqada ilk dördlükdə bitirmək və ya Çempionlar Liqasında zəfərə çalmaq fürsəti vermək niyyətindədir.

Pərdəarxası məqamlarda isə artıq gələcək planlar müzakirə olunmağa başlanıb. Əgər klub bu yay yeni istiqamət seçmək qərarına gəlsə, baş məşqçi postu üçün ən güclü namizəd Xabi Alonsodur.