"Hyuston Rokets"in basketbolçusu Kevin Dürent "Mayami Hit"lə matçda 27 xal atıb.
Offsideplus.az xəbər verir ki, o, bununla NBA-də müntəzəm mövsümündə ən çox xal atan 5-ci oyunçu olub - 32 min 293.
37 yaşlı basketbolçu əfsanəvi Maykl Cordanı geridə qoyub.
İndi Dürentin qabağında daha bir əfsanə - Kobi Brayant (33 min 643) var.
Qeyd edək ki, KD 2007-ci ildən NBA-dədir. O, 2 dəfə NBA çempionu olub, 16 dəfə isə ALL-Star seçilib.


