"Los Anceles Leykers"in ulduz basketbolçusu Lebron Ceyms daha bir rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, o, NBA-in müntəzəm mövsümündə ən çox oyuna çıxan basketbolçu olub.

L. Ceyms "Orlando Mecik"lə matçda 1612-ci dəfə parketə çıxıb. Bununla da o, əfsanəvi Robert Perişi geridə qoyaraq NBA-in tarixinə keçib.

41 basketbolçu 2003-cü ildən liqada çıxış edir. O, eyni zamanda NBA tarixinin ən çox xal atan oyunçusudur.