"Mançester Yunayted" rəhbərliyi baş məşqçi postu üçün ciddi addımlar atmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, hazırda klubun gündəmindəki əsas adlardan biri Luis Enrikedir.
Bu barədə "The Independent" məlumat yayıb.
Enrikenin bu yay PSJ-dən ayrılacağı ilə bağlı şayiələr getdikcə güclənir. İspaniyalı mütəxəssis uzun müddətdir ki, İngiltərə Premyer Liqasında çalışmaq arzusundadır.
Lakin onun gələcəyi ilə bağlı başqa bir ehtimal da var; təcrübəli məşqçi karyerasında birillik fasilə verməyi də nəzərdən keçirə bilər.


