İngiltərə Premyer Liqasında 31-ci turun matçları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Liverpul" səfərdə "Brayton"la qarşılaşıb.
Denny Velbekin dublu "qağayılar"a qələbə qazandırıb - 2:1.
"Liverpul" ardıcıl 3 oyundur qalibiyyət əldə edə bilmir.
"Everton" isə "Çelsi"ni evə əliboş göndərib və London klubu ilə arasındakı xal fərqini 2-yə endirib.
"Qırmızılar" 49 xalla 5-ci yerdədir. Onlardan 1 xal geri qalan "Çelsi" altıncıdır. "Zadəganlar"ı 2 xal geridən "Everton" təqib edir.
"Brayton" isə 43 xalla 10-cu yerin sahibidir.


