Misli Premyer Liqasının 2025/26 mövsümü "Turan Tovuz' üçün uğurlu davam edir.
Offsideplus.az xəbər verir ki, Qərb təmsilçisi "Qəbələ"ni 3:2 hesabı ilə məğlub edərək cari mövsümdə 14-cü qələbəsini qazanıb.
Bu qələbə ilə Tovuz klubu Premyer Liqa tarixində bir mövsümdə qazanılan qələbə sayında öz şəxsi rekordunu təkrarlayıb. Elitada 4-cü mövsümünü keçirən komanda ötən il də eyni sayda (14) qalibiyyət əldə etmişdi.
Çempionatın başa çatmasına hələ 8 tur qalmış bu nəticəyə imza atan Kurban Berdiyevin yetirmələri, növbəti qələbə ilə klub tarixinin mütləq rekordunu yeniləyəcəklər.


