"Sabah"ın hücumçusu Coy-Lens Mikels Misli Premyer Liqasında növbəti yubiley qoluna imza atıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli forvard XXV turda "Sumqayıt"la keçirilən ev oyununda (3:1) fərqlənərək cari mövsümdəki qol sayını 15-ə çatdırıb.
O, ikinci dəfə Azərbaycan çempionatında bir mövsümdə 15 qol səddini keçməyi bacarıb. O, daha əvvəl 2022/23 mövsümünü 17 qolla tamamlamışdı.
Bu göstərici ilə Mikels Azərbaycan çempionatları tarixinə düşüb. O, iki fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner olub.
Ona qədər bu uğura yalnız "Neftçi" klubunun sabiq özbəkistanlı hücumçusu Bahodir Nasimov (2010/11-də 15 qol, 2011/12-də 16 qol) imza atmışdı.


