"Sumqayıt" klubu baş məşqçisi Saşa İliç ilə yollarını ayırmayacaq. 

Bunu “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev Offsideplus.az saytına müsahibəsində açıqlayıb. 

Riad Rəfiyev "Saşa İliç ilə müqaviləmiz var, baş məşqçimizə inanırıq və arxasındayıq", sözlərini deyib. 

O, Samir Abasovun yenidən "Sumqayıt"a qayıtması ehtimalının olmadığını bildirib:

"Belə bir şey ola bilməz. Mümkün deyil. Xahiş edirəm, ancaq klubun yayımladığı rəsmi xəbərlərə etimad edin".