Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Offsideplus.az qurumun saytına istinadən xəbər verir ki, “Sportinq”dən Fransişku Trinçao, “Real”dan Vinisius Junior, “Barselona”dan Rafinya, “Liverpul”dan Dominik Soboslai bu ada namizəddir.

Fransişku "Bodo-Qlimt"lə matçda 3 qol ötürməsi ilə yadda qalıb. Vinisius "Mançester Siti" ilə görüşdə dubla imza atıb. Rafinya "Nyukas"la qarşılaşmada 2 qol vurub və 1 qol ötürməsi edib. Soboslai isə "Qalatasaray"la oyunda adını tabloya yazdırıb.


Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.