Misli Premyer Liqasında bu gün lider "Sabah" "Sumqayıt"ı qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" son iki turda böyükhesablı qələbə qazanıb.
"Kimyaçılar" isə çətin günlərdən keçir. Onlar kubok da nəzərə alınmaqla son 8 oyunda qələbə qazana bilməyib.
"Sabah" 59 xalla liderdir. "Sumqayıt" isə 32 xalla 7-ci yerin sahibidir.
MPL, XXV tur
19 mart (cümə axşamı)
19:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
“Bank Respublika Arena”


