“Sürpriz nəticələr ola bilər”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis Misli Premyer Liqasının XXV turunda baş tutacaq oyunlarla bağlı fikirlərini bölüşüb:
“Karvan-Yevlax” – “Zirə” qarşılaşmasında hər iki komanda fərqli məqsədlər uğrunda mübarizə aparır. “Karvan” xal qazanaraq yaxın rəqibi “Qəbələ”yə çatmaq istəyir. “Zirə” isə son turlarda itirdiyi xallardan sonra Avropa Liqası zonasından uzaqlaşmamaq üçün mütləq qələbə qazanmalıdır. Bu baxımdan “Zirə” üçün 3 xal daha vacib görünür. Fikrimcə, “Zirə” bu oyunun favoritidir və qalib gəlmək şansı daha yüksəkdir. Lakin “Zirə”nin əleyhinə işləyən amillərdən biri meydança faktorudur ki, bu da müəyyən çətinliklər yarada bilər.
“Sabah” - “Qəbələ” matçında favorit aydın görünür. “Sabah”da komandanın oturuşmuş oyunu, uğurlu nəticələri və son matçlarda vurduğu çoxsaylı qollar yüksək özünəinamdan xəbər verir. Hazırda birinci yer uğrunda mübarizədə belə oyunlarda xal itirmək yolverilməzdir. “Sumqayıt” isə ilk dövrlə müqayisədə eniş yaşayır və artıq bir neçə oyundur qələbə qazana bilmir. Bu da komandada ruh düşkünlüyünə səbəb olur.
“Kəpəz” – “Qarabağ” oyununa gəldikdə isə “Qarabağ” üçün bu qarşılaşma çox vacibdir. Çempionluq uğrunda mübarizədə belə oyunlarda xal itkisi sonradan strateji baxımdan ciddi problemlər yarada bilər. Bununla belə, “Kəpəz”in hər zaman sürpriz etmə potensialı var. Buna baxmayaraq, məncə “Qarabağ” qalib gələcək”.
Mütəxəssisin sözlərimə “Neftçi”- “İmişli” matçı da maraqlı keçəcək. “Neftçi” qış fasiləsindən sonra yaxşı oyun göstərir və son qarşılaşmada da qələbə qazanıb. Dördüncü yer uğrunda şansını qorumaq üçün bu oyunda da 3 xal qazanmağa çalışacaq. Favorit “Neftçi”dir. “İmişli” isə turnir cədvəlinin aşağı pillələrində olsa da, güclü rəqiblərə qarşı sürpriz nəticələr əldə edə bilər.
“Turan Tovuz”bu mövsüm çempionata yaxşı başlayıb və son dövrlərdə oyununda inkişaf var. “Kəpəz”lə heç-heçədən sonra bu oyunda qələbə qazanmaq onlar üçün vacibdir və bu səbəbdən “Qəbələ” ilə matçda favorit sayılır. “Qəbələ” isə həm çempionatda, həm də kubokda mübarizə apardığı üçün komandada müəyyən yorğunluq və eniş hiss olunur. Bununla belə, bu oyunda da fərqli nəticə mümkündür”.
Qeyd edək ki, tura martın 21-də “Turan Tovuz” - “Qəbələ” matçı ilə yekun vurulacaq.


