Marselo Bielsa 2024-cü ildə verdiyi açıqlamada müasir futbolun istiqamətini sərt şəkildə tənqid edib.

Təcrübəli mütəxəssis bildirib ki, futbol tədricən eniş dövrünə daxil olur:

“Əminəm ki, futbol geriləmə prosesindədir. Bu oyun getdikcə daha az cəlbedici olur, çünki onu dünyanın ən yaxşı oyunu edən keyfiyyətlər artıq yoxdur.”

Bielsa futbolun kommersiyalaşmasının oyunun mahiyyətinə zərər verdiyini vurğulayıb:

“Əgər çox insanın futbol izləməsinə imkan yaradırsınız, amma onların aldığı zövqü qorumursunuzsa, bu, biznesə xidmət edir. Çünki biznes üçün əsas olan insanların çox baxmasıdır.”

O, həmçinin texnologiyanın, xüsusilə VAR sisteminin futbola mənfi təsir etdiyini deyib:

“Mənim üçün texnologiyanın – məsələn, VAR-ın tətbiqi futbola ciddi zərər vurur. Bu oyunun özəlliyi ondadır ki, tam proqnozlaşdırılan hala gəldikdə cazibəsini itirir.”

Sonda isə Bielsa maraqlı proqnoz verib:

“Zaman keçdikcə izləməyə dəyər futbolçular azalır, oyun daha az zövq verir və bu süni şəkildə artırılan tamaşaçı sayı bir nöqtədə dayanacaq.”