Azərbaycan I Liqasında XIX tura start verilib.
Offsideplus.az xəbər verir ki, lider "Şəfa" "Şahdağ Qusar"ı qəbul edib.
"Şəfa" görüşdə uzun müddət azlıqda oynamağına baxmayaraq qələbə qazanmağı bacarıb.
Görüşdə yeganə qolu Emin Zamanov vurub.
"Baku Sportinq" - "Mingəçevir" oyununda isə qalib müəyyənləşməyib - 1:1.
"Şəfa" 45 xalla liderdir. "Baku Sportinq" 37 xalla 3-cü, "Mingəçevir" 33 xalla 4-cü, "Şahdağ Qusar" isə 25 xalla 5-ci yerin sahibidir.
I Liqa, XIX tur
18 mart (çərşənbə)
15:00. “Bakı Sportinq” – “Mingəçevir” 1:1
Qollar: İlham Allahverdiyev, 8 - Kennet Kalunqa, 34
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Ruslan Babayev, Sənan Bayramzadə
Buzovna qəsəbə stadionu
15:00. “Şəfa” – “Şahdağ Qusar” 1:0
Qol: Emin Zamanov, 45
Qırmızı vərəqələr: Xəyal Tomarov, 26' ("Şəfa") - Aqostinyo Çipesse, 90+3' ("Şahdağ Qusar")
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Orxan İbişov, Kamran Əliyev
Binə qəsəbə stadionu


