Seneqal milli komandası ilə Afrika Futbol Konfederasiyası arasında ciddi qalmaqal yaranıb.
Offsideplus.az xəbər verir ki, CAF Seneqaldan 2025-ci il Afrika Millətlər Kubokunu qazandıqdan sonra verilmiş 10 milyon dollar mükafatın geri qaytarılmasını tələb edir. Lakin Seneqal tərəfi bu tələbi qəti şəkildə rədd edib.
Seneqal rəsmiləri bu qərarı “irqçilik” və “ayrı-seçkilik” kimi qiymətləndirərək, vəsaiti geri qaytarmayacaqlarını açıq şəkildə bəyan ediblər.
Qeyd edək ki, Seneqal milli komandası 2025-ci ildə keçirilən Afrika Millətlər Kubokunun qalibi olmuş və bu uğura görə 10 milyon dollar mükafat qazanmışdı. Lakin ötən gün Afrika Futbol Konfederasiyası onlara texniki məğlubiyyət verdi, nəticədə çempionluq Seneqalın əlindən alınaraq Mərakeşə verildi.


