Misli Premyer Liqasında XXV tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Şamaxı" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Hər iki komanda son turda qələbə qazanmağı bacarıb.

Naxçıvan təmsilçisi 36 xalla 5-ci yerdədir. Ayxan Abbasovun komandası isə 30 xalla 8-ci yerin sahibidir.


MPL, XXV

18 mart (çərşənbə)

15:00 “Şamaxı” – “Araz-Naxçıvan” 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Şamaxı şəhər stadionu