UEFA Çempionlar Liqasında 1/8 finalın ilk cavab oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, "Sportinq" klubu evdə "Bodo/Glimt"i qəbul etdi.

İlk görüşdə norveçlilər 3-0 hesabla qalib gəlmişdilər. Bu oyunda isə portuqallar möhtəşəm geridönüşə imza atdılar və 5-0 hesabla qalib gələrək,  iki görüşün cəmində 5-3 hesablı nəticəyə imza atdılar.

Nəticədə "Sportinq" 1/4 finala ilk yüksələn klub oldu.