Misli Premyer Liqasının XXX turunda "İmişli" "Araz-Naxçıvan"ı minimal hesab ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko 0:1 hesabı ilə yekunlaşan oyunu şərh edib:
"İlk olaraq onu deyim ki, "İmişli" bizdən daha çox istəkli idi. Futbolu daha "ac" futbolçular oynamalıdır. İstəksiz futbol oynamırlar, futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Bu haqda bir şey deyə bilmərik. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. "İmişli" qazandı".


