Azərbaycan Basketbol Liqasında (ABL) final seriyasının ikinci oyunu baş tutub.

Offsideplus.az xəbər verir ki, ilk oyunda "Sabah" qələbə qazanmışdı.

Bakı İdman Sarayında baş tutan qarşılaşmada "bayquşlar" bu oyunda da qalibiyyət əldə etməyi bacarıb - 112:84.

Qeyd edək ki, seriyada 3 qələbəyə çatan ilk komanda 2025/26 mövsümündə Azərbaycan çempionu olacaq.

"Sabah" növbəti matçda qələbə qazansa, çempionluğunu elan edəcək.

14:00 "Abşeron Lions" - "Sabah" 84:112 (19:35, 20:22, 23:26, 22:29)

Seriyada hesab: 0-2